Estoniya Ukraynaya növbəti hərbi yardım göndərib

Estoniya Ukraynaya növbəti hərbi yardım göndərib
  03 Fevral 2024    Oxunub:904
Estoniya Ukraynaya tank əleyhinə "Javelin" raketləri də daxil olmaqla yeni hərbi yardım paketini təqdim edib.
AzVision.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb.

Estoniyanın dekabrda aldığı "Javelin" raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir.

2022-ci ildən bəri Estoniya Ukraynaya təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göndərib.

AzVision.az


Teqlər: Estoniya   Ukrayna  





Xəbər lenti