Borrel: "Vəziyyəti daha da gərginləşdirməyək"

      Borrel:    "Vəziyyəti daha da gərginləşdirməyək"
  03 Fevral 2024    Oxunub:1224
ABŞ-nin İraq və Suriyaya hücum əməliyyatına müxtəlif hökumət və təşkilat rəsmiləri reaksiya bildirirlər.
AzVision.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ABŞ-nin endirdiyi zərbələrə birbaşa münasibətini dilə gətirməsə də, Yaxın Şərqdəki vəziyyəti "partlamağa hazır qazanxana" kimi qiymətləndirib.

Qəzza zolağındakı müharibəni, İsrail-Livan sərhədindəki atışmaları, İraq və Suriyaya endirilən zərbələri, Qırmızı dənizdə husilərin gəmilərə hücumlarını xatırladaraq, regionda daha böyük müharibə riskinin yarandığını vurğulayan Aİ rəsmisi:

"Tərəflər vəziyyəti daha da qızışdırmağa çalışmaqdan qaçınmalıdırlar", - söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İraq   Suriya   Qəzza   vəziyyət  





Xəbər lenti