ABŞ husi PUA-larını vurub

   ABŞ husi PUA-larını vurub
  03 Fevral 2024    Oxunub:1008
ABŞ Silahlı Qüvvələri Yəmən yaxınlığında səkkiz PUA-ni havada, daha 4-nü isə yerdə zərərsizləşdirib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTOM) bəyanatında deyilir.

"Əməliyyatlar ABŞ Hərbi Dəniz Qüvvələrinin və ticarət gəmilərinin Qırmızı dənizdə təhlükəsizliyinə hesablanıb", - bəyanatda bildirilib.

Xatırladaq ki, Yəməndə fəaliyyət göstərən husi qruplaşması noyabrdan etibarən fələstinlilərə dəstək naminə Qırmızı dənizdə İsraillə əlaqəli gəmiləri hədəfə alır. ABŞ və Böyük Britaniya Silahlı Qüvvələri onlara qarşı cavab əməliyyatları həyata keçirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   husilər   PUA  





Xəbər lenti