Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini qətlə yetirib

Efiopiyada hökumət qüvvələri 50-dən çox sakini qətlə yetirib
  03 Fevral 2024    Oxunub:792
Bu həftə Efiopiyanın şimalındakı Meravi şəhərinin (Amhara ştatı) 50-dən çox sakini hökumət qüvvələri tərəfindən öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters” yerli milislərə istinadən məlumat yayıb.

Şəhər əhalisinin öldürülməsi federal qoşunlarla Amhara milisləri arasında gedən döyüş nəticəsində baş verib.

Rəsmi mənbələr hadisəni təsdiqləməyib.

Xatırladaq ki, 2023-cü ilin yayında federal hakimiyyət milislərin tərksilah edilməsini tələb etdikdən sonra ştatda silahlı toqquşmalar başlayıb.

Efiopiya parlamenti Amhara ştatında fövqəladə vəziyyətin müddətini dörd ay uzadıb.

AzVision.az


Teqlər: Efiopiya   hadisə  





Xəbər lenti