HƏMAS Qəzzada hücuma keçib

   HƏMAS Qəzzada hücuma keçib
  03 Fevral 2024    Oxunub:944
HƏMAS terror təşkilatının "İzzəddin Əl-Qəssam" adlı silahlı qanadının yaraqlıları İsrail əsgərlərini hədəfə alıb.
AzVision.az xəbər verir ki, qruplaşma bu barədə bəyanat yayıb.

Terrorçular Qəzzanın mərkəzində bir qrup İsrail əsgərini minaatanlardan atəşə tutub.

İsrail Ordusunun "şəhərdə HƏMAS-ın döyüş qabiliyyətini dağıtdığı" iddiasına baxmayaraq, son günlərdə ağır toqquşmalar meydana gəlir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza  





Xəbər lenti