ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

   ABŞ-nin İraqdakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
  03 Fevral 2024    Oxunub:1442
ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkili Devid Berkeri Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası verilib.
AzVision.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, etiraz notası ABŞ-nin İraqa endirdiyi zərbələrlə və 16 nəfərin ölümü ilə bağlıdır.

"ABŞ-nin hücumu nəticəsində İraqın Əkaşat və Əl-Qaim qəsəbələrində mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən təcavüzü pisləyirik. İraq öz ərazisinin bir-biri ilə müharibə aparan ölkələr arasında hesablaşma meydanı kimi istifadəsinə icazə verməyəcək”, - XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönümlü qrupların 85-dən çox obyektini vurub.

AzVision.az


Teqlər: ABŞ   İraq   nazirlik   nota  





Xəbər lenti