Şimali İrlandiyada ilk dəfə millətçi nümayəndə hökumət rəhbəri seçilib

Şimali İrlandiyada ilk dəfə millətçi nümayəndə hökumət rəhbəri seçilib
  03 Fevral 2024    Oxunub:944
İrlandiyanın "Sinn Féin" (tərcümədə "Biz özümüzük") respublikaçı partiyası tarixdə ilk dəfə ölkə hökumətinə rəhbərlik edəcək.
AzVision.az xəbər verir ki, Şimali İrlandiya Assambleyasının iclasında regionun birinci naziri vəzifəsinə partiya rəhbəri Mişel O'Nilin namizədliyi təsdiqlənib.

Şimali İrlandiyada millətçilər və ittifaqçılar arasında güc bərabərliyinə prinsipinə əsasən, Demokratik Birlik Partiyasından Emma Littl-Penqelli hökumət rəhbərinin müavini seçilib.

İclasda Assambleya sədrinin namizədliyi də təsdiqlənib. Bu vəzifəni 2021-ci ilin may ayından iyunadək Demokratik Birlik Partiyasına rəhbərlik etmiş veteran siyasətçi Edvin Puts tutacaq.

Hələ 2022-ci ilin mayında İrlandiyanın birləşməsini müdafiə edən "Sinn Féin" partiyası tarixdə ilk dəfə Assambleya seçkilərində qalib gəlib, ittifaqçılar isə geridə qalıblar. Partiya həm də ilk dəfə yerli seçkilərdə mandatların əksəriyyətini qazanıb.

AzVision.az



Teqlər: İrlandiya  





Xəbər lenti