Ukrayna Lisiçanskda çörək zavoduna zərbə endirib: 11 ölü - YENİLƏNİB

   Ukrayna Lisiçanskda çörək zavoduna zərbə endirib:    11 ölü - YENİLƏNİB
  03 Fevral 2024    Oxunub:1605
Ukrayna Silahlı Qüvvələrinin separatçıların nəzarətindəki Lisiçansk şəhərinə endiridiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

Xəsarət alan 10 nəfərdən 5-nin vəziyyəti ağırdır.

* * *

22:16.
Ukrayna Silahlı Qüvvələri separatçıların nəzarətindəki Lisiçansk şəhərinə zərbələr endirib.

Çörək zavoduna endirilən zərbə nəticəsində yeddi nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha əvvəl dağıntılar altından 5 nəfərin cəsədinin çıxarıldığı barədə məlumat yaymışdı.

Xəsarət alanların sayı altı nəfərdir.

AzVision.az


Teqlər: Ukrayna   raket   hücum  





Xəbər lenti