Çilidə meşə yanğınlarında 19 nəfər ölüb

Çilidə meşə yanğınlarında 19 nəfər ölüb
  03 Fevral 2024    Oxunub:1176
Çilidə meşə yanğınları baş verib.
AzVision.az xəbər verir ki, bu barədə “El Mostrador” qəzeti məlumat yayıb.

Hadisə nəticəsində 19 nəfər ölüb.

Baş vermiş 92 yanğın hadisəsindən 40-ı lokallaşdırılıb. 7 min hektardan çox ərazi yanıb.

Daha əvvəl 10 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirilirdi.

Çili prezidenti Qabriel Boriç fevralın 3-də meşə yanğınları ilə əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib.

AzVision.az


Teqlər: Çili   meşə   yanğın  





Xəbər lenti