Türkiyədə helikopter qəzası, ölənlər var

   Türkiyədə helikopter qəzası,    ölənlər var
  04 Fevral 2024    Oxunub:1272
Hatay Hava Limanından Qaziantep Hava Limanına gedən helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 2 pilot şəhid olub.
Bu barədə Daxili İşlər Naziri Əli Yerlikaya məlumat yayıb.

Türkiyənin DHA agentliyinin məlumatına görə, helikopterin göyərtəsində Qaziantep polis rəisi Cəmil Gülən, müqaviləli pilot Levent Öztürk və aviasiya departamentinin texniki işçisi (adı açıqlanmır) olub. Helikopterin qalıqları Nurdağ rayonunun Kartal kəndindən 6 km aralıda aşkar edilib. Hər iki pilot həlak olub, yaralı texnik Qaziantep Şəhər Xəstəxanasına aparılıb.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti