Gezeravcının dönüşü daha bir gün təxirə salındı

   Gezeravcının dönüşü daha bir gün təxirə salındı
  04 Fevral 2024    Oxunub:1079
Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu Ax-3 ekipajının yer üzünə qayıtması növbəti dəfə təxirə salınıb.
SpaceX şirkətinin açıqlamasında Florida sahillərindəki əlverişsiz hava şəraitinin geri dönüş üçün əlverişsiz olduğu bildirilib. Qeyd olunub ki, Dragon kapsulu Beynəlxalq Kosmik Stansiyanı fevralın 6-dan tez tərk etməyəcək.

Qrupun səfərinin təxminən 13 saat davam etməsi gözlənilir. Komandanı daşıyan kapsul Atlantik okeanında və Meksika körfəzinin qərbində 7 potensial nöqtədən birinə enəcək. Kapsul suya endikdən sonra astronavtlar gəmiyə aparılacaq və orada müayinə olunacaqlar.

Komanda gəmidən vertolyotla hava limanına, daha sonra isə təyyarə ilə Hyustona aparılacaq. Astronavtlar Hyustonda hərtərəfli sağlamlıq müayinəsindən keçəcək və bir müddət karantində qalacaqlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti