İki min ildən çox yaşı olan oğlan meyiti tapıldı - Foto

   İki min ildən çox yaşı olan oğlan meyiti tapıldı -    Foto
  04 Fevral 2024    Oxunub:932
Şimali İrlandiyanın Bellagi kəndi yaxınlığındakı bataqlıqlardan birinin ərazisində 2 min il bundan əvvəl ölmüş bir yeniyetmənin qalıqları aşkar edilib.
Bu barədə Şimali İrlandiya Polis Xidmətindən məlumat verilib. Tapıntı unikal adlandırılıb və İrlandiya Milli Muzeyinə təhvil verilib.

Cəsəd bir metr dərinlikdə torf bataqlığında basdırılıb və ağacların qalıqları arasında olub. Yeniyetmənin təkcə sümükləri deyil, dərisindən müəyyən hissə, dırnaqlar və bir böyrəyi qalıb.

Polis kişinin yaşını müəyyən edə bilmədiyi üçün işə məhkəmə arxeoloqları cəlb edilib. Arxeoloqların fikrincə, bu, 13-17 yaş arası bir oğlan olub.

O, eramızdan əvvəl 500-cü ildə erkən dəmir dövründə yaşayıb.

Onun ölüm səbəbi hələ müəyyən edilməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti