Baydenin qərarı Putin üçün hədiyyə oldu

   Baydenin qərarı Putin üçün hədiyyə oldu
  04 Fevral 2024    Oxunub:1045
ABŞ prezidenti Co Baydenin mayeləşdirilmiş təbii qazın ixracına qadağa qoyması rusiyalı həmkarı Vladimir Putinə hədiyyə olub. Bu barədə Foreign Policy yazır.
Nəşr qeyd edir ki, Baydenin qərarı Respublikaçılar Partiyasını hiddətləndirib və ABŞ-ın xarici müttəfiqlərini qorxuya salıb.

“Bu qadağa bütün dünyada təşviş yaradıb. Avropa və Asiya ixracın dayandırılmasına qarşı çıxır.

Yaşıl Sövdələşmə və Rusiyanın enerji resurslarından imtina fonunda onların alternativ enerji mənbələri tapmaq imkanlarını təhlükə altına qoya bilər”, - nəşr yazır.

Bundan əlavə, nəşrin müəllifləri qeyd edirlər ki, Bayden öz qərarı ilə Avropanın Rusiya qazından asılılığını azaltmağa kömək etmək səylərini baltalayıb və bununla da Putinə hədiyyə edib.

Bundan əvvəl Norveç parlamenti Rusiyanın qazından imtinanın iqlimə mənfi təsir etdiyini bəyan etmişdi.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti