"Türkiyəyə qayıtmağı səbirsizliklə gözləyirəm" - Alper Gezeravcı

   "Türkiyəyə qayıtmağı səbirsizliklə gözləyirəm" -    Alper Gezeravcı
  04 Fevral 2024    Oxunub:972
Türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada (BKS) təcrübələr vasitəsilə Türkiyənin elmi və texnoloji inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.
Gezeravcı X sosial şəbəkəsində yazıb ki, Axiom-3 (Ax-3) kosmik missiyasında iştirak etdikdən sonra ölkənin elmi və texnoloji sahədə inkişafına öz töhfəsini vermək üçün Türkiyəyə qayıtmağı səbirsizliklə gözləyir.

"Açdığımız yeni dünyanın pəncərəsindən salamlar" deyə astronavt yazıb.

Kosmosa çıxan ilk türk vətəndaşı kimi Gezeravci “elmi kəşfin sərhədləri genişləndikcə anın dəyərini və məsuliyyətini dərindən hiss etdiyini” bildirib.

"Biz Yerə qayıtmaq üçün bir az daha gözləyəcəyik" deyən astronavt missiyada iştirakını "unikal səyahət" adlandırıb.

Bundan əvvəl Spaxe X şirkəti Dragon kosmik gəmisinin Yer kürəsinə qayıdışının Florida sahillərindəki əlverişsiz hava şəraiti səbəbindən fevralın 6-na kimi təxirə salındığını bildirmişdi. Ax-3 ekipajına Maykl Lopes-Aleqria (ABŞ), Valter Villadei (İtaliya), Markus Vandt (İsveç) və Alper Gezeravcı daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti