Namibiyanın yeni prezidenti and içdi

   Namibiyanın yeni prezidenti and içdi
  04 Fevral 2024    Oxunub:869
Namibiyanın vitse-prezidenti, prezidentin səlahiyyətlərini icra edən Nangolo Mbumba dövlət başçısı kimi and içib. Bu barədə TASS məlumat yayıb.
Namibiyanın yeni prezidenti xarici işlər naziri Netumbo Nandi-Ndaitvanı vitse-prezident təyin edib.

Qeyd edək ki, Namibiyanın üçüncü prezidenti Hage Gottfried Geingob 82 yaşında vəfat edib. Yanvar ayında ona xərçəng hüceyrəsi diaqnozu qoyulmuşdu. Geingob müalicə aldığı Lady Pohamba xəstəxanasında dünyasını dəyişib. Onun yanında həyat yoldaşı Madam Monika Qeynqos və övladları olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti