Qəzzada son 48 saatda 234 fələstinli ölüb

Qəzzada son 48 saatda 234 fələstinli ölüb
  05 Fevral 2024    Oxunub:895
Qəzza zolağında son 48 saat ərzində ən azı 234 fələstinli ölüb, 343 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu məlumat BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) tərəfindən təqdim edilib.

OCHA hesabatında qeyd olunub ki, 3 fevralda 107, 4 fevralda 127 həlak olub, müvafiq olaraq165, 178 nəfər yaralanıb.

Bundan əvvəl Fələstin anklavının Səhiyyə Nazirliyi İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif bölgələrini bombalaması və atəşə tutması nəticəsində həlak olan fələstinlilərin ümumi sayının 27,4 minə yaxınlaşdığını, 66,6 mindən çox insanın isə yaralandığını bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti