Blinken Ər-Riyada gedir

   Blinken Ər-Riyada gedir
  05 Fevral 2024    Oxunub:789
ABŞ Dövlət katibi Antoni Blinkenin İsrail-HƏMAS münaqişəsi başlayandan bəri beşinci dəfə Yaxın Şərqə səfəri gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat yayıb.

Onun sözlərinə görə, Blinken səfər çərçivəsində Səudiyyə Ərəbistanında keçirəcəyi görüşlərdə Qəzza zolağında atəşkəs, humanitar yardımların çatdırılması və əsirlərin azadlığa buraxılması ilə bağlı müzakirələr aparacaq.

Ər-Riyada səfərinin ardınca ABŞ rəsmisi Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə də yollanacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Blinken   səfər   Səudiyyə  





Xəbər lenti