“Emirates” rəhbəri “Boeing”lərin keyfiyyətindən narazıdır

   “Emirates” rəhbəri “Boeing”lərin keyfiyyətindən narazıdır
  05 Fevral 2024    Oxunub:1036
“Emirates” aviaşirkətinin prezidenti Tim Klark “Boeing”i təyyarələrinin keyfiyyətinin sürətlə aşağı düşməsinə görə tənqid edib.
O, bu barədə “Financial Times”a müsahibəsində danışıb. Klark Amerika korporasiyasının təyyarələrinin keyfiyyətinin aşağı düşməsinə işarə edərək, qapısı havada qopmuş “Boeing 737 MAX”ın hadisəsini xatırladıb.

O, ilk dəfə olaraq konsernin istehsal xətlərinə nəzarət etmək üçün öz mühəndislərini göndərməyi planlaşdırır, halbuki əvvəllər buna icazə verilmirdi.

Xatırladaq ki, yanvarın 6-da “Alaska Airlines”a məxsus “Boeing 737-9 MAX” sərnişin təyyarəsi Portlend hava limanında təcili eniş edib. Hadisədən sonra Avropa İttifaqı və ABŞ yoxlamalar üçün belə təyyarələrin istismarını dayandırdıqlarını açıqlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti