Tramp III Dünya Müharibəsinin başlama vaxtını açıqlayıb

   Tramp III Dünya Müharibəsinin başlama vaxtını açıqlayıb
  05 Fevral 2024    Oxunub:908
Üçüncü dünya müharibəsi Amerikanın hazırkı prezidenti Co Baydenin fəaliyyəti bitməmiş başlaya bilər.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Fox News-a müsahibəsində deyib. O qeyd edib ki, müharibənin başlama riski yüksəkdir.

Tramp əlavə edib ki, dünya ictimaiyyəti Co Baydenə hörmət etməyi dayandırıb.

Bundan əvvəl Çinin “Global Times” qəzeti yazıb ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberqin Rusiya və Çinlə bağlı bəyanatı alyansın dünya müharibəsi başlamaq istəyindən xəbər verir.

NATO-nun baş katibi Çini uzunmüddətli perspektivdə ən ciddi təhlükə, Rusiyanı isə onların arasında ən aktual adlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti