"Əl-Qüds" İsrail hərbçilərinə hücum çəkib

   "Əl-Qüds" İsrail hərbçilərinə hücum çəkib
  05 Fevral 2024    Oxunub:878
Fələstin İslami Cihad Hərəkatının silahlı qanadı "Əl-Qüds" briqadasının yaraqlıları Qəzza zolağındakı Xan-Yunis şəhərində İsrail mövqelərinə hücum həyata keçirib.
AzVision.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında bəyanat yayılıb.

Bəyanatda bildirilir ki, "Xan-Yunisin cənub-qərbində, "Əl-Təqəddüm" müqavimət zonasında düşmən əsgərləri və maşınları minaatanlarla atəşə tutulub".

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza  





Xəbər lenti