Rusiyaya partlayıcı aparanlar saxlanıldı: 2-si ermənidir - VİDEO

 Rusiyaya partlayıcı aparanlar saxlanıldı:    2-si ermənidir - VİDEO
  05 Fevral 2024    Oxunub:1699
Gürcüstanın xüsusi xidmət orqanları Odessadan Voronejə partlayıcı yük daşınması cəhdinin qarşısını alıb.
Məlum cinayətdə 7 Gürcüstan, 3 Ukrayna və 2 Ermənistan vətəndaşı şübhəli bilinir. Bu barədə Sputnik Gürcüstan ölkənin Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Qurumun yaydığı məlumatda qeyd edilir ki, "2024-cü il yanvarın 19-da Ukrayna vətəndaşının avtomobilində Odessadan Rumıniya, Bolqarıstan və Türkiyədən keçməklə, elektriklə işləyən avtomobillərin akkumulyatorlarında Gürcüstana altı partlayıcı qurğu gətirilib. Onun Daryal keçid məntəqəsi vasitəsilə Voronejə çatdırılması planlaşdırılırmış".

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti təşkilatçının Batumi şəhərindən olan, "Xalqa qulluq" partiyasından deputatlığa namizəd Andrey Şaraşidze olduğunu müəyyən edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Gürcüstan  





Xəbər lenti