İrəvanda dəhşətli partlayış olub - Dağıntılar altında qalanlar var - VİDEO

    İrəvanda dəhşətli partlayış olub    - Dağıntılar altında qalanlar var  - VİDEO
  05 Fevral 2024    Oxunub:1062
İrəvanın Erebuni rayonunda güclü partlayış baş verib.
Ermənistanın Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Narek Sarkisayanın yaydığı məlumata görə, bir neçə nəfər dağıntılar altında qalıb.

DİN rəsmisi qeyd edib ki, partlayış Nor Areş küçəsi 34-də baş verib. İlkin məlumatlara görə, bir yaxud da iki ev tam uçub.

Dağıntılar altında qalanların qohumları, şahidlər isə Sputnik Ermənistana açıqlmasında deyiblər ki, hadisənin qaz sızıntısından olması ehtimalı var.

“İşdə idim, zəng vurub dedilər ki, belə hadisə olub. Yoldaşım, nənəm və daha iki nəfər dağıntılar altındadır”, - qadınlardan biri göz yaşları içində danışıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti