Ukrayna ordusu "LXR"in fövqəladə hallar nazirini öldürüb

Ukrayna ordusu "LXR"in fövqəladə hallar nazirini öldürüb
  05 Fevral 2024    Oxunub:959
Qondarma Luqansk Xalq Respublikasının ("LXR")rəhbəri Leonid Paseçnik "fövqəladə hallar naziri", polkovnik Aleksey Potelesçenkonun öldürülməsini təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edilir ki, o, Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska hücumu zamanı ölüb.

Ukrayna ordusunun zərbələri nəticəsində Lisiçanskda çörək zavodunun dağıdılması barədə məlumat yayılmışdı. Qondarma qurumun nazirinin də məhz Lisiçanskda öldüyü bildirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti