26 snayper gülləsindən sağ çıxan "Özbək"

26 snayper gülləsindən sağ çıxan "Özbək"
  05 Fevral 2024    Oxunub:1005
“Axmat” xüsusi təyinatlı batalyonunun komandir müavini, “Özbək” ləqəbli döyüşçü RT-yə maraqlı müsahibə verib.
O, iddia edib ki, Ukrayna snayperlərinin 26 atışından sağ çıxa bilib.

Döyüşçünün sözlərinə görə, o müharibəyə qatılmaya bilməzdi. Çünki ailəsində hər kəs döyüşçü olub.

Komandir müavini cəbhədə düşdüyü ən təhlükəli vəziyyətdən də söz açıb. Vəzifəmiz Ukrayna Silahlı Qüvvələrinin yaxşı təchiz olunmuş və möhkəmləndirilmiş ərazisini ələ keçirmək idi. “İki snayper mənim üzərimdə 26 dəfə işlədi və dörd saat ərzində minaatanla məni hədəfə aldılar. Mövqelərimi dəyişdim, pulemyotdan istifadə etdim. Hamı mənim "200" olduğumu (cəsəd-red.) düşünürdü. Amma sağ qalmağı bacardım”, - "Özbək" qedy edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti