Çin avstraliyalı yazıçını ölüm cəzasına məhkum etdi

Çin avstraliyalı yazıçını ölüm cəzasına məhkum etdi
  05 Fevral 2024    Oxunub:1014
Çində avstraliyalı yazıçı Yang Henqjun ölüm cəzasına məhkum olunub. O, casusluqda təqsirli bilinib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbinin sözlərinə görə, Pekin hakimiyyəti təqsirləndirilən şəxsin apellyasiya hüququnu təmin edib.

Avstraliyanın xarici siyasət departamentinin rəhbəri Penni Vonq isə bildirib ki, əgər Yang Henqjun yaxın iki il ərzində ağır cinayətlər törətməsə, ölüm cəzası ömürlük həbslə əvəz oluna bilər.

Yang Henqjun maraqlı və sirli tərcümeyi-halı var. O, keçmiş karyerasında Çin diplomatı kimi fəaliyyət göstərib. Bundan əlavə, mətbuat yazıçının Çin Dövlət Təhlükəsizlik Nazirliyində də işlədiyini yazır.

Bununla belə, Yanq 2002-ci ildə Avstraliya vətəndaşlığını ala bilib və bu ölkəyə köçüb. O yalnız bundan sonra fəal şəkildə yazıçı kimi fəaliyyət göstərməyə başlayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: Çin  





Xəbər lenti