Sunak: "Səhiyyə sahəsində uğursuzluğa düçar olduq"

      Sunak:    "Səhiyyə sahəsində uğursuzluğa düçar olduq"
  05 Fevral 2024    Oxunub:1027
"Hökumətimiz səhiyyə xidmətində tərəqqi üçün lazımi işləri görə bilmədi".
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak "TalkTV"nin aparıcısı Pirs Morqana müsahibəsində söyləyib.

2023-cü ilin əvvəlində beş əsas seçki vədindən biri kimi Milli Səhiyyə Xidmətinin gözləmə siyahıları ilə bağlı problemin öhdəsindən gələ bilmədiyini etiraf edən Sunak:

"Hökumət daha çox işçi heyəti və tibbi avadanlıq dəstəyi ilə MSX-yə böyük sərmayə qoysa da, həkimlərin maaş artımı ilə bağlı mütəmadi etirazları problemin həlli istiqamətində səyləri əngəllədi", - deyib.

Rəsmi göstəricilərə əsasən, ötən ilin noyabrda İngiltərədə 7,6 milyon insan qeyri-təcili müalicə üçün MSX-də növbə gözləyirdi. Bu rəqəm Sunakın 2022-ci ilin sonunda hakimiyyətə gəldiyi vaxtdan yüz minlərlə dəfə çoxdur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   səhiyyə  





Xəbər lenti