Azərbaycan XİN Çiliyə başsağlığı verib

 Azərbaycan XİN Çiliyə başsağlığı verib
  05 Fevral 2024    Oxunub:1037
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib. "Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.

Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.(APA)

AzVision.az


Teqlər:





Xəbər lenti