Türkiyəli kosmonavtın dönüşü yenidən təxirə salındı

   Türkiyəli kosmonavtın dönüşü yenidən təxirə salındı
  06 Fevral 2024    Oxunub:964
"Dragon" kosmik gəmisinin və Türkiyənin ilk astronavtı Alper Gezeravcının da daxil olduğu Axiom-3 (Ax-3) heyətinin Yerə dönüşü hələ də uyğun olmayan hava şəraiti səbəbindən yenidən təxirə salınıb
AzVision.az xəbər verir ki, "SpaceX" sosial X üzərindən verdiyi açıqlamada Ax-3 komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) yola salınmasının təxirə salındığını açıqlayıb.

"Florida sahillərində davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq, "Dragon" çərşənbə axşamı Kosmik Stansiyadan ayrılmasını dayandırır. Kosmik gəmi və Ax-3 ekipajı sağlamdır və komandalar növbəti dönüş imkanı üçün hava şəraitini izləməyə davam edəcəklər", deyə bəyanatda deyilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti