Qırmızı dənizdə Britaniya gəmisinə hücum edilib

   Qırmızı dənizdə Britaniya gəmisinə hücum edilib
  06 Fevral 2024    Oxunub:956
Qırmızı dənizin cənubunda hərəkət edən Böyük Britaniya gəmisi PUA hücumuna məruz qalıb.
AzVision.az xəbər verir ki, hücum barədə məlumatı Birləşmiş Krallıq Dəniz Ticarəti Əməliyyatları (UKMTO) yayıb.

Yəmənin Hüdeydə limanının qərbində baş verən hücum nəticəsində gəminin pəncərələrinə "cüzi ziyan dəydiyi" bildirilib.

"Ambrey" xüsusi təhlükəsizlik şirkətindən diqqətə çatdırılıb ki, Böyük Britaniyaya məxsus yük gəmisi Barbados bayrağı altında üzür.

Hücuma görə məsuliyyəti hələlik hansısa qrup öz üzərinə götürməsə də, məlumdur ki, Yəməndə fəaliyyət göstərən iranyönümlü husi qruplaşması ötən ilin noyabrından bəri Qəzza zolağında insan fəlakətinə cavabən Qırmızı dənizdə İsraillə əlaqədar gəmiləri hədəfə alır.

Firudin Həmidli
AzVision.az


Teqlər: gəmi   husilər   Britaniya  





Xəbər lenti