Paşinyanın komandasında mövqe savaşı qızışıb - "Joğovurd"

   Paşinyanın komandasında mövqe savaşı qızışıb    - "Joğovurd"
  06 Fevral 2024    Oxunub:1462
Ermənistanda siyasi xaos yaşanır. AzVision.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, Ermənistan parlamentinin sədri Alen Simonyanla Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir.

"Ermənistanın himni və gerbi dəyişdirilməlidir" - Simonyan
"Qarşıdan gələn 2026-cı il seçkiləri ilə güclənən şəxsiyyətlərin və ambisiyaların toqquşması prosesi “Məxməri İnqilabın” iki simvolu arasında qarşıdurmaya səbəb olub. Eləcə də, komanda daxilində Nikol Paşinyanın yerinə potensial namizədlər arasında da gərginliklər artıb".

Nəşrin məlumatına görə, bu mübarizə bir- birinə qarşı korrupsiyada ittihamlar formasında, hətta açıq hücumlarla davam edir.

“Joğovurd” iddia edir ki, Simonyan Qriqoryanın Paşinyanın qarşısındakı rolunu aşağılamağa çalışıb. Qarşı tərəf isə sonradan hüquq-mühafizə orqanlarının diqqətini cəlb edən “Synergy” şirkətinin tenderində spiker ailəsinin üzvlərinin iştirakına diqqət çəkib.

Simonyan son günlərdə nəhayət ki, rəqibi tərəfindən ciddi şəkildə cəzalandırıldı, adı qardaşının həyat yoldaşının həbsi ilə bağlı korrupsiya qalmaqalında hallandırıldı. Onun bu arzuolunmaz durumu şərh etməməsi isə vəziyyəti daha da gərginləşdirir. Nəşr onu da diqqətə çatdırıb ki, parlament sədrinə məxsus “Freenews TV” maliyyə problemlərinə görə müvəqqəti fəaliyyətini dayandırıb.

Qəzet mənbələrinə istinadən yazıb ki, artıq hakim partiyanın bəzi üzvləri birbaşa və ya dolayısı ilə Simonyanın istefasını tələb edirlər. Onlar bu məsələni Paşinyanla üzbəüz görüşlərdə də qaldırıblar. Bütün bunlar spikerin siyasi gələcəyi ilə bağlı ciddi şübhələr yaradır.

Hakim partiyanın idarəçiləri isə belə hesab edirlər ki, bu və ya digər şəkildə spikerin adı ilə bağlı müntəzəm qalmaqallar reytinqə mənfi təsir göstərə bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan  





Xəbər lenti