Fələstin Təhsil Nazirliyi: "5 minə yaxın şagird həyatını itirib"

      Fələstin Təhsil Nazirliyi:    "5 minə yaxın şagird həyatını itirib"
  06 Fevral 2024    Oxunub:1038
"Oktyabrın 7-dən bəri Qəzzada 4895 şagird həlak olub, 8514-ü isə xəsarət alıb".
AzVision.az xəbər verir ki, bu barədə Fələstin Təhsil Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, ümumilikdə 620 min uşaq təhsildən məhrum qalıb. Eyni zamanda, 239 müəllim və məktəb müdiri ölüb, 842-si yaralanıb, 70-dən çoxu isə həbs edilib.

"Qəzza zolağı və İordan çayının qərb sahilində 100-dən artıq məktəbə zərbə endirilib ki, onlardan 80-ə yaxınına ciddi ziyan dəyib, yaxud tamamilə dağılıb", - bəyanatda deyilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   məktəb   şagird  





Xəbər lenti