Nebenzya: "Hücumlar ABŞ-nin güc nümayişidir"

      Nebenzya:    "Hücumlar ABŞ-nin güc nümayişidir"
  06 Fevral 2024    Oxunub:887
BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya və Çin nümayəndələri ABŞ-ni İraq və Suriyaya endirdiyi aviazərbələrə görə qınayıblar.
AzVision.az xəbər verir ki, onlar rəsmi Vaşinqtonu regionda münaqişə ocağını genişləndirməkdə günahlandırıblar.

Rusiyanın BMT-dəki səfiri Vasiliy Nebenzya öz çıxışı zamanı:

"ABŞ-nin hücumları Bayden administrasiyasının sarsılmış imicini gücləndirmək və daxili siyasətdə yenidən nüfuz qazanmaq istəyindən irəli gəlir", - söyləyib.

Pekin nümayəndəsi Çjan Çzün də, öz növbəsində, Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlığını təkrarən dilə gətirib.

(Çinin BMT-dəki səfiri Çjan Çzün)

"ABŞ Yaxın Şərqdə və ya istənilən ərazidə münaqişə yaratmağa çalışmadığını vurğulasa da, əməli ilə sözü üst-üstə düşmür", - çinli nümayəndə deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   BMT   Rusiya   Çin  





Xəbər lenti