Kralın xərçəngə yoluxması Sunakı şoka salıb

Kralın xərçəngə yoluxması Sunakı şoka salıb
  06 Fevral 2024    Oxunub:826
Xəbər verdiyimiz kimi Böyük Britaniya kralı III Çarlza xərçəng diaqnozu qoyulub.
Böyük Britaniyanın baş naziri Rişi Sunak bu məsələyə reaksiya verib. Reuters-in yaydığı məlumata görə, o, Kral III Çarlzın xərçəngə yoluxması ilə bağlı xəbərdən şoka düşdüyünü deyib. Sunak monarxın tez sağalacağına ümid etdiyini bildirib. Çünki xəstəlik erkən mərhələdə aşkar edilib.

“Daim fikrimiz onun və ailəsinin yanındadır. Xoşbəxtlikdən xəstəlik erkən aşkarlanıb”, - Sunak bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti