Blinken Misirdədir - YENİLƏNİB

   Blinken Misirdədir -  YENİLƏNİB
  06 Fevral 2024    Oxunub:1825
ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində Misirin paytaxtı Qahirə şəhərinə gedib.
ABŞ Dövlət katibi Antoni Blinken Misir prezidenti Əbdülfəttah Əs-Sisi və ABŞ-nin bu ölkədəki səfiri Herro Mustafa Qarqla görüşüb.

* * *
13:24.

AzVision.az xəbər verir ki, ABŞ-nin Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs elanı, həmçinin əsirlərin azadlığa buraxılması üzrə danışıqları fonunda Blinken prezident Əbdülfəttah Əs-Sisi ilə görüş keçirəcək.
Blinkenin Yaxın Şərqə səfəri davam edir

Görüşlərdə əsir mübadiləsi ilə bağlı danışıqlar, postmüharibə dövründə Qəzzanın vəziyyəti və region ölkələri arasında münasibətlərin normallaşdırılması məsələsi barədə müzakirələr aparılacaq.

ABŞ rəsmisinin gün ərzində Qətərə də səfəri gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Blinken   səfər   danışıqlar  





Xəbər lenti