Türkiyədə terror aktı: Ölənlər və yaralılar var + Video

   Türkiyədə terror aktı:   Ölənlər və yaralılar var + Video
  06 Fevral 2024    Oxunub:1506
Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Nazir qeyd edib ki, hücum edən şəxslər zərərsizləşdirilib.

Ə.Yerlikaya bildirib ki, hücum edənlərin DHKP/C terror təşkilatının üzvləri olduqları təsbit olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti