Bayden Makronu ölmüş prezidentlə səhv saldı

Bayden Makronu ölmüş prezidentlə səhv saldı
  06 Fevral 2024    Oxunub:1233
Tez-tez müvazinətini itirib yıxılmağı, tükənmə sindromunun əlaməti olaraq öz-özünə danışmağı, bəzən isə anlaşılmaz nitqi ilə gündəmdə olan ABŞ lideri Cozef Bayden bu dəfə Fransa prezidenti Emmanuel Makronu 28 il əvvəl dünyasını dəyişmiş sələfi Fransua Mitteranla səhv salıb.
Las-Veqasda seçki kampaniyası zamanı çıxışında Bayden vaxtilə iştirak etdiyi G7 sammitindən bir anı yada salıb: "NATO liderlərinin də iştirak etdiyi G-7 görüşündə mən də vardım. Keçib oturdum və Amerika geri döndü, dedim. Almaniyanın, üzr istəyirəm, Fransanın prezidenti Mitteran (əslində Makron demək istəyib-red.) mənə baxdı və "Neçə müddətlik qayıtmısan?", deyə soruşdu".

Qeyd edək ki, Ağ Evin mətbuat xidməti məlumatı yayarkən prezidentin səhvini düzəldib, "Mitteran" yerinə “Makron” yazıb.

AzVision.az


Teqlər:





Xəbər lenti