İspan fermerlərdən həmkarlara dəstək: Yolları bağladılar

      İspan fermerlərdən həmkarlara dəstək:    Yolları bağladılar
  06 Fevral 2024    Oxunub:977
İspaniyalı fermerlər digər Avropa ölkələrindəki həmkarlarına qoşularaq, ölkənin bir sıra əsas magistral yollarını nəqliyyata bağlamaqla yüksək xərclərə, bürokratiyaya və qeyri-Aİ ölkələrinin rəqabətinə etiraz nümayişi keçiriblər.
AzVision.az bildirir ki, ölkənin ən böyük fermer birliklərindən ASAJA-nın vitse-prezidenti Donasiano Duxo nümayişlərlə bağlı yerli mediaya açıqlama verib.

"Biz fermerlərin bütün Avropa İttifaqı ölkələrində -cüzi fərqlərlə- eyni problemləri var. Kənd əhalisi bezgin vəziyyətdədir", - o deyib.

Birliklər aksiyaların başlamasını cümə axşamı üçün nəzərdə tutsa da, fermerlər artıq bu gündən traktorları ilə yollara çıxaraq, cənubda Sevilya və Qranadadan Fransa sərhədi yaxınlığındakı Cirona şəhərinəcən nəqliyyatın hərəkətini məhdudlaşdırıblar. Onlar cümə axşamı keçiriləcək böyük aksiyalar üçün orada toplaşaraq, "Fermersiz ərzaq yoxdur" yazılı plakatlar qaldırıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İspaniya   fermerlər   aksiya  





Xəbər lenti