Qəzza əhalisi Misir sərhədində çadırlar qurur

   Qəzza əhalisi Misir sərhədində çadırlar qurur
  06 Fevral 2024    Oxunub:1052
Xan-Yunis şəhərindən didərgin düşərək cənuba - Rəfəhə doğru köçməyə məcbur qalmış fələstinlilər Misirlə sərhədin yaxınlığında məskən salırlar.
AzVision.az xəbər verir ki, İsrail Silahlı Qüvvələri tərəfindən hədəfə alınan Xan-Yunis şəhərinin təqribən 200 min sakini Qəzza zolağının ən cənubunda yerləşən, 1,4 milyon əhalinin yaşadığı Rəfəh şəhərinə pənah gətirib.

Onsuz da, həddindən artıq insanın məskunlaşdığı şəhərdə insanlar çətin vəziyyətlə üzləşiblər.

"Burada yaşayış üçün heç bir şərait yoxdur. Yemək tapılmır, su isə yalnız Misirdən gələn xətdən götürə bilirik", - Rəfəhə şimaldakı Beyt-Hanun şəhərindən gəlmiş sakinlərdən biri deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   Rəfəh   əhali  





Xəbər lenti