"Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik" - Fidan

"Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"    - Fidan
  06 Fevral 2024    Oxunub:1007
"Taxıl sazişi yenidən həyata keçirilməlidir”.
Bunu Vallettada maltalı həmkarı İan Borq ilə birlikdə mətbuat konfransı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Müharibənin dağıdıcı nəticələrinin mümkün qədər tez bitməsi lazımdır. Biz taxıl sazişinin dirçəldilməsinə önəm veririk”, - deyə o bildirib.

XİN rəhbəri, həmçinin, fevralın 12-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Ukrayna müharibəsi və Qara Dəniz taxıl sazişini müzakirə edəcəklərini bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti