ŞƏT-in baş katibi Azərbaycana təşəkkür edib

ŞƏT-in baş katibi Azərbaycana təşəkkür edib
  06 Fevral 2024    Oxunub:803
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edib.
Can Min seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb.

Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb.

Görüş zamanı qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
AzVision.az



Teqlər:





Xəbər lenti