Paşinyan müəllimi Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin etdi

   Paşinyan müəllimi Xarici Kəşfiyyat Xidmətinin rəis müavini təyin etdi
  06 Fevral 2024    Oxunub:1741
Ermənistanın baş naziri Nikol Paşinyan Qrant Jilavyanı Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

Paşinyana etimad azalıb: Sorğu
Jilavyan 1995-ci ildə anadan olub. 2020-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, hüquqşünas kimi fəaliyyət göstərib, cinayət prosesi və kriminologiya kafedrasında isə dərs deyib. 2022-ci ildən Ermənistanın Ombudsman Aparatında işləyən müəllim burada Silahlı Qüvvələrdə insan hüquqlarının müdafiəsi və cinayət işi üzrə şöbəyə rəhbərlik edib.

Bu təyinat sosial şəbəkələrin erməni seqmentində, eləcə də müxalif mediada narazılıqla qarşılanıb. Ekspertlər baş nazirin növbəti uğursuz kadr siyasətini pisləyir, belə bir mühüm vəzifəyə adi müəllimin deyil, xüsusi xidmət orqanlarında təcrübəsi olmuş şəxsin təyin olunmasını məqbul sayıblar.

Qeyd edək ki, Ermənistanda Xarici Kəşfiyyat Xidmətinin yaradılması layihəsi 2022-ci ilin dekabrında təsdiqlənib. Xidmət kəşfiyyat və terrorizmlə mübarizə aparır və birbaşa hökumət başçısına tabedir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan  





Xəbər lenti