Paris yaxınlığında 400 kq narkotik, silah və 200 min avro ələ keçirilib

 Paris yaxınlığında    400 kq narkotik, silah və 200 min avro    ələ keçirilib
  06 Fevral 2024    Oxunub:919
Paris yaxınlığında 400 kiloqramdan çox narkotik, silah və 200 min avro ələ keçirilib. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
AzVision.azxəbər verir ki, bu barədə BFMTV kanalı polisdəki mənbəyə istinadən məlumat yayıb.

“Yanvarın 31-i və fevralın 1-də İl-de-Frans bölgəsinin şimal-şərqində fəal narkotik alverində iştirak etməkdə şübhəli bilinən dörd nəfər Sen-Sen-Deni departamentinin məhkəmə polis xidmətinin müstəntiqləri tərəfindən həbs edilib", - məlumatda qeyd edilib.

O da qeyd edilib ki, Fransız polisi Sevrandakı texniki baxış mərkəzində, ora yaxın evlərdə, eləcə də şübhəli avtomobillərdə bir neçə aylıq araşdırma və axtarışlardan sonra 200 min avro nağd pul, 400 kiloqrama yaxın narkotik vasitə və silah aşkar edib.
Hazırda təhlükəli qrupun lideri olduğu iddia edilən şəxs, eləcə də onun şəriki Sene-Sen-Denidə nzəarət altına alınıblar. Lakin hər iki şübhəli öz günahlarını inkar edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Paris   Narkotik   Polis  





Xəbər lenti