Rusiya ilə NATO arasında müharibə hansı halda baş verə bilər?

Rusiya ilə NATO arasında müharibə hansı halda baş verə bilər?
  06 Fevral 2024    Oxunub:927
Son zamanlar xarici KİV dünyanın yeni genişmiqyaslı müharibə ərəfəsində olduğunu yazır. Xüsusən də Rusiya ilə NATO arasında müharibə ehtimalın artmasından söz açılır. Bu iki güc arasında hərbi toqquşma necə və hansı halda baş verə bilər?
Məsələni araşdıran "The Telegraph" mümkün variantları açıqlayıb. Qeyd edilir ki, Vladimir Putin Rusiya Federasiyasında 200 min əsgəri səfərbər edir və 2024-cü ilin yazında Ukraynaya yeni hücuma başlayır. Variantlardan biri kimi Rusiyanın Baltikyanı ölkələrdə rusdilliləri etirazlara təşviq edərək cari ilin yayında bu ölkələrə qarşı kiberhücumlar həyata keçirməsidir: "Moskva etirazlar bəhanəsi ilə fürsəti fövtə verməyib payızda Belarusda təlimlər keçirir və qoşunlarını Kalininqrada yerləşdirir. Qışda Suvalski koridoru ərazisində atışmalar başlayır. Bu mərhələdə Rusiya və Qərb seçim qarşısında qalaraq ya danışıqlara gedir, ya da müharibəyə davam edirlər".

AzVision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti