İrəvanda oteldən bir neçə meyit tapılıb

İrəvanda oteldən bir neçə meyit tapılıb
  06 Fevral 2024    Oxunub:769
İrəvanın Erebuni rayonunda mehmanxanada bir neçə meyit tapılıb.
"Shamshyan" kriminal xronika saytının yaydığı məlumata görə polisə saat 12:30 radələrində təcili yardımdan qadın və kişi meyitinin aşkarlanması barədə məlumat daxil olub.

"Polis otel otaqlarından birində 32 yaşlı Araqatsotn rayon sakini Harutyun İ. və Sünik vilayətinin 35 yaşlı sakini Varduya A-nın meyitlərinə baxış keçirib. Məlumata görə onların bədənlərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı cinayət işi başlanıb, məhkəmə-tibbi ekspertizası təyin edilib", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan   Meyit  





Xəbər lenti