Ermənistan ordusunun hərbçisi yanaraq ölüb

 Ermənistan ordusunun hərbçisi  yanaraq ölüb
  06 Fevral 2024    Oxunub:1010
Ermənistan ordusunun hərbçisi ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, ordunun mövqeləri yaxınlığında məişət binasında baş verən yanğında ehtiyatda olan hərbçi həyatını itirib. Hadisə fevralın 6-da saat 13:20 radələrində baş verib.

Nazirlik ölən şəxsin 1985-ci il təvəllüdlü Artur Varujanoviç Qriqoryan olduğunu açıqlayıb: "Yanğının genişlənməsinin qarşısı alınıb və alov söndürülüb, başqa xəsarət alan olmayıb".

Qurum hadisənin hansı şəraitdə baş verməsini, təfərrüatları açıqlamayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Hərbçi  





Xəbər lenti