Rusiya əsgərlərini öldürməyə çağıran şəxs parlamentin spikeri oldu

Rusiya əsgərlərini öldürməyə çağıran şəxs parlamentin spikeri oldu
  06 Fevral 2024    Oxunub:770
Rusiya ilə sərhədin tamamilə bağlanmasının tərəfdarı olan sağçı “Əsl Finlər” Partiyasından olan deputat Yussi Halla-aho yenidən Finlandiya parlamentinin sədri seçilib.
Gazeta.ru-nun yaydığı məlumata görə, o, səsvermə zamanı səslərin yarısından çoxunu alıb.

Halla-ahoya 91 deputat səs verib. Sağçı partiyadan olan siyasətçi ilk dəfə 2023-cü ilin iyununda bu vəzifəni tutub.

Qeyd edək ki, Halla-aho Finlandiyada keçirilən prezident seçkisində də iştirak edib. Kampaniyası zamanı o, Rusiya əsgərlərinin öldürülməsinə çağırış etməsilə yadda qalıb.
AzVision.az



Teqlər:





Xəbər lenti