Ermənistan və Azərbaycan spikerləri İsveçrədə görüşə bilər

Ermənistan və Azərbaycan spikerləri İsveçrədə görüşə bilər
  07 Fevral 2024    Oxunub:772
Erməni tərəfi Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin martda İsveçrədə görüşünü mümkün sayır.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq Milli Assambleyanın rəhbəri Alen Simonyanın ofisindən məlumat verilib.

Ofisin məlumatında qeyd edilir ki, martın 23-dən 27-dək keçiriləcək görüşlə bağlı hələlik konkret təkliflər daxil olmayıb. Bununla belə, onlar bu imkanı real sayırlar: "Oxşar formatda görüş müzakirə oluna bilər".

Xatırladaq ki, Parlamentlərarası İttifaqın (İPU) baş katibi Martin Çunqonq da fevralın əvvəlində bəyan etmişdi ki, martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Spiker  





Xəbər lenti