"NATO-nun təlimi Rusiya ilə müharibəyə hazırlıq deyil" - Hərbi Qərargah rəisi

"NATO-nun təlimi Rusiya ilə müharibəyə hazırlıq deyil" -     Hərbi Qərargah rəisi
  07 Fevral 2024    Oxunub:839
“Steadfast Defender 2024” təlimləri NATO-nun Rusiya ilə mümkün münaqişəyə hazırlaşdığına işarə etmir.
AzVision.az xəbər verir ki, bunu Financial Times (FT) qəzetinə NATO Hərbi Qərargah rəisinin köməkçisi Qunnar Brüqner deyib.

“Biz heç kimlə müharibəyə hazırlaşmırıq. Biz reallığa yaxın situasiyaya hazırlaşırıq”, - Brugner təlimlərin NATO-nun Rusiya ilə münaqişəyə hazırlığının bir forması olub-olmaması sualını cavablandırarkən deyib.

O, əlavə edib ki, qoşun hazırlığı əsgərlər üçün stress testi olmaqla yanaşı, çəkindirmə mesajı göndərmək üsuludur.

Qeyd edək ki, NATO-nun Soyuq Müharibədən bəri ən böyük “Steadfast Defender 2024” təliminin aktiv mərhələsi yanvarın 31-də Rusiya sərhədləri yaxınlığında başlayıb. Alyansa daxil olan 32 ölkədən 90 min hərbçi təlimdə iştirak edir. Manevrlər Baltikyanı ölkələr, Polşa və Almaniyada keçirilir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti