Blinken İsraildə atəşkəslə bağlı danışıqlar aparacaq

   Blinken İsraildə atəşkəslə bağlı danışıqlar aparacaq
  07 Fevral 2024    Oxunub:855
ABŞ Dövlət katibinin Yaxın Şərqə beşinci səfəri çərçivəsində İsrail rəsmiləri ilə görüşəcəyi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, ötən gün Misir və Qətərdə görüşlər keçirmiş Antoni Blinken İsrailin Yerusəlim şəhərinə gedib.
HƏMAS atəşkəs layihəsini təqdim edib

ABŞ rəsmisi Baş nazir Benyamin Netanyahu və prezident İsaak Hersoqla görüşərək, HƏMAS qruplaşmasının atəşkəslə bağlı planı barədə müzakirələr aparacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   görüş   atəşkəs  





Xəbər lenti