Fidan Liviyaya gedir

   Fidan Liviyaya gedir
  07 Fevral 2024    Oxunub:692
Türkiyənin XİN rəhbəri Hakan Fidanın bu gün Liviyaya səfəri gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazir səfərlə bağlı açıqlamasında:

"Liviyanın öz problemlərinin həllini sülh və dialoq yolu ilə həyata keçirməsini istəyirik. Şərq və qərb arasındakı parçalanma müəyyən proses çərçivəsində və tərəflərin razılığı ilə aradan qaldırılmalıdır. Bu məqsədlə üstümüzə düşən öhdəliyi yerinə yetiririk", - deyib,

Məlumata əsasən, XİN rəhbəri paytaxt Tripolidəki görüşlərin ardınca Türkiyəyə qayıdacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiy   Liviya   səfər  





Xəbər lenti